Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Tanınmış bəstəkardan keçmiş komitə sədrinin baldızına qarşı cinayət

Tanınmış bəstəkardan keçmiş komitə sədrinin baldızına qarşı cinayət

Bakıda dələduzluq etməkdə ittiham olunan şirkətlərdən birinin rəhbəri, 1984-cü il təvəllüdlü Tural Bayraməliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Tural Bayraməliyev Quba rayonu, Timiryazev qəsəbəsi ünvanında fəaliyyət göstərən MMC-nin təsisçisi olmaqla yanaşı 2013-cü ilin sentyabr ayından 2015-ci ilin iyun ayınadək həmin cəmiyyətin direktoru vəzifəsində işləyib. 

O, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək tanışı, Bakı şəhər sakini Şədiyyə Salehliyə məxsus əmlakı ələ keçirmək məqsədi ilə onu özünün təsisçisi və direktoru olduğu həmin cəmiyyətə şərik edəcəyinə, bankdan adına müəyyən məbləğdə pul vəsaitlərini kredit kimi götürməklə həmin vəsait hesabına rəhbəri olduğu cəmiyyətdə müəyyən işlər görəcəyinə inandırıb.

Tural Bayraməliyev Şədiyyə Salehlini aldadaraq cəmiyyəti satıb, satışdan əldə olunacaq vəsaitlə bankdan götürüləcək kreditin əsas və faiz məbləğlərini ödəyəcəyinə, satışdan əldə olunan qalan puldan ona yüksək məbləğdə pul verəcəyini yalandan vəd verib. 

O, aralarında olan tanışlıq münasibətlərinə görə Şədiyyə Salehlinin ona olan inam və etimadından istifadə edib, onun mənzilini bankardan birinə müqavilə əsasında illik 22 faiz dərəcəsi ilə, 24 ay müddətinə 450.000 manat məbləğində kredit vəsaitinin ayrılmasına nail olub.

Bundan başqa, Tural Bayraməliyev Şədiyyə Salehliyə Quba rayonunda ferma alıb, yüksək gəlir götürəcəklərini yalandan vəd edib. 

O, Şədiyyə Salehlinin etibarından istifadə etməklə həmin fermanın dəyərini ödəmək adı ilə 2015-ci ilin noyabr-dekabr aylarında hissə-hissə ondan Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında 135.000 ABŞ dolları məbləğində pulu və  “Dostluq” kinoteatrının qarşısında 50.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını alıb.

Tural Bayraməliyev təkrarən, eyni məqsədlə Şədiyyə Salehlinin Türkiyə Respublikasında şirkət açaraq qızıl məmulatlarının alış və satışını həyata keçirəcəyini, bundan böyük məbləğdə gəlir əldə edəcəyini, həmin gəlirlər hesabına sonuncunun adına bankdan götürülmüş kreditlər üzrə olan borcları ödəyəcəyini yalandan vəd edib.

Tural Bayraməliyev 2017-ci ilin yanvar ayında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 5 ünvanında yerləşən Moskva MUM-da tanışları vasitəsi ilə Şədiyyə Salehlidən 44700 ABŞ dolları məbləğində pulu alıb.

Istintaq orqanı tərəfindən Tural Bayraməliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural Bayraməliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, ictimai xadim kimi daim ölkənin mədəniyyətinə, dövlət və dövlətçiliyə qarşı hər zaman diqqətli olub: 

“Əlimdən gələn xidmətləri canla başla yerinə yetirmişəm. Ümummilli liderimə, prezidentə mahnılar bəstələmişəm. Tiflis şəhərində işıq üzü görmüş “Nəğmələr” adlı kitabı ulu öndərin xatirəsinə ithaf etmişəm. İxtisasca hüquqşünasam. Şədiyyə Salehlini qardaşı Anarın vasitəsilə tanımışam. Mənimlə Anar arasında biznes fəaliyyəti olub. Türkiyə Respublikasından bəzi məişət avadanlıqları gətirib, sataraq pul qazanıblar”.

Tural Bayraməliyevin ifadəsinə görə, 2011-2012-ci illərdə Şədiyyə birlikdə işləmək istədiyini bildirib: 

“Onun bizə mənəvi köməyi olub. Türkiyədən gələn malların tez və problemsiz həllini tapması üçün çalışdığı Dövlət Gömrük komitəsindən bizə dəstək olmağa başladı. Anarla qazandığı pulları üç yerə bölmək qərarına gələrək, həmin işdən külli miqdarda pullar qazandıq. Buna baxmayaraq həmin biznes tək mənə məxsus olub. Pulun tamamı mənim tərəfimdən qoyulub və əldə edilmiş gəlir üç yerə bölünüb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2012-ci ildə Quba rayonunun Nügədi kəndində yerləşən daş çınqıl karxanası alıb: 

“Bunu öyrənən Şədiyyə mənimlə çalışmaq istədiyini bildirdi. Mən də Şədiyyə ilə işləməyə etiraz etmədim. Şədiyyə ilə birlikdə Quba rayonuna getdik. Həmin daş-çınqıl karxanasına baxdıq. Bakıya qayıtdıqda Şədiyyə mənə şərik olmaq üçün 60000 ABŞ dolları bir, 17000 ABŞ dolları bir, 72000 AZN pul verdi. Biz tam bir il həmin daş-çınqıl karxanasını çalışdıq. Hər ay Şədiyyə xanıma 10000 manat pul verdim. Bir ildən sonra həmin karxananı satdım. Şədiyyədən aldığım ortalama 140000 manatın yerinə ona 200000 manat pul qaytardım”.

Tural Bayraməliyevin ifadəsinə görə, 2014-cü ildə başqa bir daş karxanası alıb: 

“Bundan xəbər tutan Şədiyyə yenidən mənimlə şərik çalışmaq fikrində oldduğunu bildirdi. Mən də etiraz etmədim. Onunla razılaşdıq və birlikdə Quba rayonuna gedib karxanaya baxdıq. Həmin karxana barəsində iş planı böyük oldu, daha çox pul qazanmaq istədik. Ona görə də bu karxananın avadanlıqları, digərindən daha çox olmalı idi. 

Buna görə Şədiyyə mənə 450000 manat pul verdi. Bu pulu bankdan götürdüm, həmin şəriklik vəsaitini ödədim. Həmin pulun qarşılığında həmin şirkətin 15%-ni Şədiyyənin adına rəsmiləşdirdim. Həmin 450000 manat puldan 50000 manatını elə yerində banka ödədim, 200000 manatı Şədiyyənin iştirakı ilə şirkətə “1000-lik” transfarmatorun texniki şərtini almağa, digər 200000 manatı isə yenə Şədiyyə ilə birlikdə Türkiyədən karxanaya öz pulu ilə aldığmı avadanlıqların rəsmiləşdirilməsinə sərf etdik. 

Gömrük rüsumunu ödəsəm də, həmin pul da işlərin yerinə yetirilməsi üçün kifayət etmədim. Karxananın çalışmasına Zərifə Əliyeva göz klinikasının yanında yerləşən binada anamın adına olan mənzili 285000 manata satdım. Pulları da həmin karxananın quruculuq işlərinə xərclədim. Eyni zamanda da Şədiyyə vasitəsilə banka olan borcları ödədik”.

Tural Bayraməliyev qeyd edib ki, yenə də karxananı çalışdıra bilməyibm, əlavə pul lazım olduğu üçün Şədiyyənin icazəsi ilə yeni bir şərik gətirmək qərarına gəlib: 

“Şədiyyə də razılıq verdiyinə görə şirkətin 50%-ni Famil adlı şəxsə satdım. Ondan aldığım 260000 manatla karxananı işə saldım. Çalışmağa başladıqdan sonra Şədiyyə karxananı satmağını mənə bildirdi. Ondan səbəbini soruşdum. Dövlət Gömrük Komitəsinin sədri olan bacısının yoldaşı Aydın adlı şəxsin əsəbləşdiyini bildirdi. Bu zaman Şədiyyəyə karxananın satışı üçün gözləmək lazım olduğunu dedim. İqtisadi böhranla bağlı karxananı istədiyim qiymətə sata bilməyəcəyimi bildirdim, şebelin bir tonunun 5 manatdan 1 manata düşdüyünü qeyd etdimm. Buna baxmayaraq, Şədiyyə məni karxananı satmağa məcbur etdi. 

Mən də karxananı ucuz qiymətə satdım. Şədiyyə xanıma olan borcumu tamamını notariusun qarşısında onun sürücüsü Şahin adlı şəxsə verdim, 200000 manat borcum qaldı, qalan borcumu daha sonra ödədim. Bu işdən heç bir xeyir götürmədiyimi, külli miqdarda zərərə düşdüm. Bundan sonra Quba rayonunda mənə məxsus 12 hektar təsərrüfat üçün torpaq sahəsi olduğu üçün, həmin torpaq sahəsində “parnik” işləri görmək qərarına gəlmdim. Bunun üçün böyük məbləğdə pul lazım oldu. Bu dəfə də krediti öz adına götürmək istədim. Şədiyyə bu barədə eşidəndə təsərrüfatla maraqlanmağa başladı. Bankdan pul götürmək istədiyimi bildirdim. Şədiyə “Paşa bank”da tanışı olduğunu mənə dedi. Mən də kredit götürməyə köməklik etməyi ondan xahiş etdimm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2016-cı ildə Şədiyyə ona zəng vurub və “Paşa bank”ın müdiri Emin adlı şəxslə danışdığını, onu tapşırdığını bildirib: 

“Banka gedib orada danışıqlar apardım. Bankdan mənə biznes planı hazırlamağı tapşırdılar. Bundan sonra Şədiyyə ilə bu barədə danışdım və biznes plan hazırlayan şəxs tapdı. Nail Haşımov adlı şəxslə məni görüşdürdü. Birlikdə gedib orada torpaq sahəsinə baxış keçirdik,  müəyyən ölçülər götürdük, 50000 manata yaxın öz hesabına pul xərclədik. “Minnur Aqro” şirkəti açdıq. Hər şey hazır olduqdan sonra Şədiyə bank müdiri Eminlə danışdı, biznes planın hazır olduğunu bildirdi və sənədləri banka təqdim etdik. Bir müddətdən sonra bank işçiləri həmin torpağı əkməyim ilə bağlı nə dərəcədə peşəkar və həvəsli olmağımızı görmək istədiklərini bildirdilər. Şədiyyə ilə həmin torpaqda əkin işləri aparmaq barədə məsləhətləşdik, əkin-biçin işləri üçün dəstək olacağı təqdirdə mən də bu biznesə şərik etməyi təklif etdim. 

Əkin işləri üçün 100000 manat mənim tərəfimdən, 95000 manat Şədiyyə tərəfindən pul vəsaiti xərclədi. 12 hektar olan torpaq sahəsində pomidor və badımcan əkdik. Artezian, suvarma işlərinə çox pul getdi. Eyni zamanda gübrə, texnika, işçi heyəti, abadlaşdırmaya pul xərclədik. Şədiyyə tez-tez Qubaya əri kimi təqdim etdiyi Rasim adlı şəxslə gəlib təsərrüfata baş çəkdi. Daha sonra pomidorlara dərman lazım oldu, həmin vaxt artıq pul bitmişdi. Bu barədə Şədiyyəyə dedim. Sonuncu qızılları oldduğunu, onu banka qoyub pul götürməyi təklif etdi. Pul vəsaitini mənim götürməyimi təklif etdi. 

Bankda onu tanıdıqları üçün utandığını və pulu mənim götürməyimi söylədi. Bunun üçün mənə banka girov qoymaq üçün 500 qram qızıl verdi. Həmin qızılları banka qoyub 17000 manat pul götürdüm. Həmin pulu pamidor əkini üçün gübrə və işçi heyətinə xərclədim. Bankdan alınmış 3 ay qızıllara faiz ödədim, Şədiyyə pul vermədim. Pamidor yetişəndə qiyməti 1 manat 50 qəpikdən 9 qəpiyə düşdü. Həmin əkindən heç bir qazanc əldə etmədik. Qızıllar da lombardda batdı”.

Tural Bayraməliyevin sözlərinə görə, bank iqtsadi böhrana görə onlara pul ayırmayıb: 

“Bu səbəbdən həmin biznes də belə iflas oldu. Şədiyyəyə Türkiyədə restoran açmağa getdiyimi və burada pul qazana bilmədiyimi bildirdim. Şədiyyəyə restoran açıb, təsərrüfatda itirdiklərini burdan qazanıb ona ödəyəcəyimi söylədim. Eyni vaxtda mənə məxsus qızılları da başqa bir lombardda batdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ildə Türkiyəyə gedib və orada oturma izni alıb, sonra şirkət açıb: 

“Orada “Minnur qida” restoranı kirayə götürdüm və təmirə başladım.  Evimi satıb, pulunu təmirə xərclədim. Həmin vaxt Şədiyyyə Türkiyəyə gəlib restorana şərik olmaq niyyətində olduğunu bildirdi. Mən də da Şədiyyənin təklifinə etiraz etmədim. Əslində Şədiyyə mənə çox dəstək olub. Mən də Şədiyyənin hər zaman hörmətini saxlamağa çalışmışam, qazandığım pulları onunla bölüşməyi düşünmüşəm”.

Tural Bayraməliyev qeyd edib ki, İstanbulda açacağı restorana ümidi çox böyük olub: 

“Hər şeyi satıb bu restoranın fəaliyyətə düşməsinə çalışmışam. Şədiyyə İstanbula gəlməmişdən əvvvəl mənə 45000 ABŞ dolları göndərmişdi. Restorana 700000 ABŞ dolları pul xərclədim. Şədiyyə restorana xeyir-dua verib xoşuna gəldiyini bildirdi. Restorandan çox pul qazanacağımızı ümid etdiyini bildirdi. Onları Bakı şəhərinə yola saldım, işləri ilə məşğul oldu. 20 gün sonra işləri ilə bağlı mən də Bakıya gəldim. Şədiyyə ilə həmişəki kim danışdım, səhəri günü internetdə, sosial şəbəkələrdə mənim haqqımda yazılar çıxdı. Həmin yazıda tanınmış bəstəkar, şair qadına qarşı 405000 manat dələduzluq cinayəti törətməsi barədə xəbərlər dərc olundu. Şədiyyə xanıma zəng vurdum, bunun nə demək olduğunu soruşdum. İstintaq zamanı qərəzli yanaşıldığından tamamilə ittiham aktında mənim əleyhimə yazılar yazıldı, səbəbini soruşduqda məhkəmədə hər şeyin aydın olacağı mənə bildirildi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Bayraməliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.Demokrat.az

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …