Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Tamah məqsədi ilə ev sahibini öldürüb mənzilini ələ keçirdi

Tamah məqsədi ilə ev sahibini öldürüb mənzilini ələ keçirdi

4 il əvvəl kirayə yaşadığı mənzilin sahibini öldürən şəxsin məhkəməsi başlayır. 

Cinayət Məcəlləsinin  120.2.5-ci (tamah niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Mustafayev Fuad Dilavər oğlunun məhkəmə prosesinə Bakı Ğır Cinayətlər Məhkəməsinin hakimi İlham Məmmədov sədrlik edəcək. Cinayət işində Rəsulov Əli Firudin oğlu və Mirzəliyev Tural Dünyamalı oğlu tanınıb. 

Qeyd edək ki, qətl hadisəsi dörd il əvvəl Abşeron rayonunda törədilib.

Tamara Rəsulova oğlu Əli Rəsulovun itkin düşməsi ilə bağlı polisə rəsmi ərizə ilə müraciət edib. 

Aparılan araşdırma zamanı Əli Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə şübhələr olduğundan Abşeron rayon prokurorluğunda F. Mustafayevə cinayət işi açılıb. 

Müəyyən edilib ki, Fuad Mustafayev 2016-cı ilin sentyabrında icarəyə götürdüyü Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulova məxsus əmlakı satıb, pulunu ələ keçirmək üçün tamah niyyəti ilə ona bıçaqla xəsarətlər yetirərək qətlə yetirib. 

Qeyd edək ki, 2018-ci ildə həbs edilən Fuad Mustafayev oğurluq törətdiyi üçün Nizami Rayon Məhkəməsinin hökmü ilə məhkum olunub. Yenisabah.az

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …