Ana səhifə / Kriminal / Taleh Bağırovun cəzası ağırlaşdırıldı

Taleh Bağırovun cəzası ağırlaşdırıldı

“Müsəlman Birliyi” hərəkatının sədri, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Taleh Bağırova yenə hökm çıxarılıb.

Musavat.com xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə T.Bağırov haqqında yeni hökm çıxarıb.

T.Bağırov bu dəfə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib.

Yeni hökmə əsasən, T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda qanunla qadağan edilmiş məlumat aşkarlanmaması haqda rəy verib.

Hökmdən öncə T.Bağırov son sözünü deyib. İlahiyyatçı özünü təqsirli bilməyib, deyib ki, bu cinayət işi ona qarşı qərəzin davamı və siyasi sifarişin nəticəsidir. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrindəki məhkumların bir çoxu bur cür mini-kartlardan istifadə edirlər. Bunu müəssisə rəhbərliyi də bilir. Həmin kartlarda musiqilər, dini moizələr və s. olur.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …