Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / Taksi sürücüsü qadın sərnişini döyüb, 680 manatını aldı

Taksi sürücüsü qadın sərnişini döyüb, 680 manatını aldı

Dekabrın 22-də saat 3 radələrində Abşeron rayon sakini olan bir qadın “28 Mall” ticarət mərkəzinin qarşısında “Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirib.

Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatını alıb.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Fərhad Əliyev saxlanılıb.

Həmçinin oxuyun

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi …