Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Tağı Əhmədov milyonluq mülklərindən danışdı: “Əl çəkin məndən”

Tağı Əhmədov milyonluq mülklərindən danışdı: “Əl çəkin məndən”

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara eks metropoliten rəisi münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Tağı Əhmədov Bizimyol.info saytına açıqlamasında iddiaların yalan olduğunu bildirib: “Əl çəkin, imkan verin işimi görüm. Çovdarov yalan danışır. Nə danışır mənə aidiyyatı yoxdu. Məni narahat eləməyin”.
Qeyd edək ki, Akif Çovdarov məhkəmədə ifadəsi zamanı ölkədə şok yaradacaq faktlar açıqlayıb. Akif Çovdarov Tağı Əhmədovun metropoliten rəisi olduğu vaxt ölkə büdcəsindən pullar mənimsədiyi, ölkə daxilində və xaricində küllü miqdarda pullarının, obyektlərinin, ticarət mərkəzlərinin olduğu siyahı təqdim edib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın