Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Tərtər işi”ndə işgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib

“Tərtər işi”ndə işgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib

Təmkin Nizamioğlunun meyiti ekshumasiya edilərək onun işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar təsdiq olunub.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilmiş şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya edilmiş və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunmuşdur.

Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …