Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Təranə Qumral məhkum olundu – Məhkəmədən şok qərar

Təranə Qumral məhkum olundu – Məhkəmədən şok qərar

Müğənni Nazəninlə Təranə Qumralın məhkəmədə hazırlıq iclası olub.
Bu barədə Yenicag.az-a “Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev açıqlama verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs Təranə Qumralın törətdiyi cinayət əməli məhkəmədə tam sübuta yetirilib:
“Zərərçəkmiş şəxslər Nazənin Salayeva, həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasovdan üzr istəmə və təkzib vermə barədə iki məhkəmə qərarını o, qərəzli icra etmədiyinə görə məhkəmə iclasında məhkum edilib. O, Nərimanov rayon məhkəməsinin hökmü ilə 4000 manat cərimə olunub”.
Qeyd edək ki, sözügedən cinayət işi ilə bağlı 5 aydır ki, gedən məhkəməyə bu gün son qoyulub.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …