Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Tərəvəz üstündə azərbaycanlı həmyerlisini öldürdü – Rusiyada

Tərəvəz üstündə azərbaycanlı həmyerlisini öldürdü – Rusiyada

Rusiyada azərbaycanlı həmyerlisini bıçaqlayaraq öldürüb.

Unikal.org xəbər verir ki, hadisə ötən gün Taqanroq şəhərində baş verib.

Avtovağzal yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğul olan iki azərbaycanlı arasında münaqişə başlayıb. Daha sonra tərəflərdən biri digərinin əlinə bıçaqla xəsarət yetirib. Ardınca zərərçəkmiş şəxsin qardaşı bıçağı götürərək onu öldürüb. Qətli törədən şəxs polisə təslim olub.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başladılıb.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …