Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Təqaüddə olan 72 yaşlı polis seriyalı qatil çıxdı: 12 qətl, 51 zorlama və 120 soyğun

Təqaüddə olan 72 yaşlı polis seriyalı qatil çıxdı: 12 qətl, 51 zorlama və 120 soyğun

ABŞ-ın Kaliforniya ştatında təqaüdə çıxmış 72 yaşlı polis Cozef Ceyms Dianqelo seriyalı qatil şübhəsi ilə həbs edilib.

Sabiq polis 1976-1986-cı illərdə 12 nəfərin qətli, 51 zorlama faktı və 120 soyğunda ittiham edilir. Cozefin DNK-sı bəzi cinayətlərdəki izlərlə üst-üstə düşür. Bu cinayətləri törətmiş şəxs “Golden State qatili” adını alıb, Federal Tədqiqatlar Bürosu həmin insanın tapılmasına kömək edənə 2 il əvvəl 50 min dollar mükafat vəd edib.

Dianqelo 1979-cu ildə mağazalardan oğurluq ittihamına görə işdən çıxarılıb. Qızı və nəvəsi ilə yaşayan Cozef Ceymsin pul, ziynət əşyaları oğurladığı, 12-41 yaşlı qız uşaqları və qadınları öldürdüyü iddia edilir.

Əgər ittihamlar sübut edilsə, Cozef Ceyms Dianqelo edam edilə bilər. (Qaynarinfo)

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …