Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / Tərtərin 6 kəndini susuz qoyan həbs edildi (VİDEO)

Tərtərin 6 kəndini susuz qoyan həbs edildi (VİDEO)

Yanvarın 2-də Tərtər Rayon Polis Şöbəsiəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il ayrı-ayrı vaxtlarda şəhər ərazisində və ayrı-ayrı kəndlərdə subartezian quyularının elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxs yaxalanaraq istintaqa təhvil verilib.
Belə ki, araşdırmalarla onun Evoğlu kənd sakini, əvvəllər məhkum olunmuş Xaliq Tağıyev olması məlum olub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisində və daha 6 kənddə – Hüsənli, Buruc, Səhləbad, Köçərli, Azadqaraqoyunlu və Bayandurlu kəndlərində quyuları elektrik enerjisi ilə təmin edən kabellərin ümumilikdə 500 metrə yaxın hissəsini kəsərək oğurlaması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …