Cümə axşamı , May 23 2024
Ana səhifə / Kriminal / “Tərtər işi”nin məhkəməsi dəhşətli və xain planları aşkara çıxarır

“Tərtər işi”nin məhkəməsi dəhşətli və xain planları aşkara çıxarır

“Tərtər işi” üzrə həbs olunan şəxslərdən bir qrupun məhkəməsində dəhşətli faktlar üzə çıxır. Eyni zamanda yüzlərlə hərbi qulluqçuya işgəncə verənlərin, habelə zərərçəkənlərin ifadələri ordumuza qarşı xain planın kim tərəfindən hazırlandığını, əmrləri kimin verdiyini aşkara çıxarır. Məsələn, sonuncu prosesdə zərərçəkmiş qismində tanınanlardan biri – polkovnik Pərviz Pirməmmədov ifadəsində göstərib ki, işgəncələrə məruz qalarkən ondan həm də Azərbaycanın Milli Qəhrəmanı, 2020-ci ilin iyulunda Tovuz istiqamətindəki döyüşlərdə həlak olmuş general Polad Həşimovla bağlı ifadələr tələb edirdilər.

O, məhkəmədə işgəncələrinə məruz qaldığı keçmiş hərbi hissə komandiri, hazırda mühakimə olunan Vüsal Ələsgərovdan soruşub ki, ona işgəncə vermək haqda əmri kimdən almışdı? Çünki Vüsal Ələsgərov məhkəmədə ifadə verməkdən imtina etsə də, qısaca demişdi ki, o, yuxarı komandanlığın əmrini icra edib. Konkret olaraq, müdafiə naziri, nazir müavini, baş qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun adını çəkmişdi. Əmr icra etdiyinə görə də özünü təqsirli bilmədiyini vurğulamışdı. Vüsal Ələsgərov son prosesdə də təkrar edib ki, öncədən məhkəmədə heç bir suala cavab verməyəcəyini bildirib, bu sualı da cavabsız qoyub.

Pərviz Pirməmmədov başına gələnlər haqda məhkəmədə ətraflı danışmadığına görə onun istintaqdakı ifadəsi elan olunarkən həmin ifadəni təsdiqləyib. Orada göstərilib ki, Vüsal Ələsgərov onu təhqir edib, başqa qara maskalı şəxslərlə birlikdə onu döyüb. Onun sözlərinə görə, hadisə yerində korpus komandiri, general Hikmət Həsənovu da görüb.

Pərviz Pirməmmədov ifadəsində bildirib ki, ona işgəncə verilərkən düşmənə casusluq etməsi haqda etiraflarla yanaşı, həm də mərhum general, Milli Qəhrəman Polad Həşimov haqda ifadə tələb olunurdu: “Polad Həşimov barədə bildiklərimi söyləməyimi tələb edirdilər”.

Tərtər işi” üzrə zərərçəkmiş polkovnik: “İşgəncələr zamanı məndən general  Polad Həşimov haqqında ifadə tələb edirdilər” | | Xural qəzeti

Zərərçəkmiş baş leytenant Bəhmən Məcidov deyir ki, polkovnik Vüsal Ələsgərovun yanına çatan kimi özünü, ailə üzvlərini təhqir edib, yerə yıxaraq, təpikləməyə başlayıb: “Sifətim qan içində idi. Bədənimdə bıçaq yeri qalır. Burnumun üstündə Vüsal Ələsgərovun çəkməsinin izi var. Poqonlarımı cırdılar. Biz uzun müddət əllərimiz, gözlərimiz bağlı saxlanmışıq. Əllərimiz bağlı vəziyyətdə, it kimi yemək yemişik”.

Təqsirləndirilən şəxslər zərərçəkmişlərin dediklərinə heç bir münasibət bildirməyiblər, susublar.

Ancaq onların susması ilə məhkəməni tamamlamaq, bununla Tərtər cinayətlərini aşkara çıxarmaq təbii ki, mümkün deyil. Hərbi qaydalara görə, hərbi hissə və korpus komandirləri casus şəbəkəsi axtarmaq, əsas olmadan belə bir əmri yerinə səlahiyyətinə malik deyillər. Lakin hərbi qaydalara görə onlar, Vüsal Ələkbərovun da açıqladığı kimi, yuxarı komandanlığın qanuni və ya qanunsuz olmasına rəğmən əmrlərini yerinə yetirməyə borclu olublar. Hərbi hissə və korpus komandirlərinə isə bu əmri yalnız uərargah rəisi, yəni o zaman üçün Nəcməddin Sadıkov verə bilərdi. Bununla bağlı bir çox hərbçilər də ifadələrində açıq şəkildə bildiriblər  ki, əmri məhz Sadıkov verib. Belə bir dəhşətli cinayətin, kütləvi şərləmə, işgəncə əməliyyatlarının səbəbi də sirr deyil:  məhz ordunu gücdən, ruhdan salmaq üçün belə bir proses gedib. Bu proses elə aşağı komandanlığın həbsi ilə yekunlaşdırılması cəmiyyətdə də birmənalı qarşılanmayacaq və ədalət prinsipləri növbəti dəfə pozulmuş olacaq.

Mümkündürmü əmr icra edənlər susqunluğa son qoyub, konkret danışsınlar və dövlətə qarşı törədilmiş bu cinayətin gerçək müəllifinin cəzalandırılmasına nail olunsun?

Tərtər işi" yenidən araşdırılır. İşgəncəyə məruz qalmış hərbçilər və  onların ailələri bunu 5 ildir tələb edirdilər - BBC News Azərbaycanca

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, mətbuatda şərti olaraq “Tərtər işi” adı verilən cinayət əməllərinin tam və hərtərəfli araşdırılması üçün müvafiq addımlar atılmalıdır: “Tərtərdə Azərbaycanın igid övladlarına işgəncə verilərkən vəzifədə olan bütün hərbi rəhbərlik tutduğu vəzifədən uzaqlaşdırslmalıdır. Tərtərdə aparılan istintaqa bu və ya başqa şəkildə aidiyyəti olan hər bir vəzifə daşıyıcısı istintaqa cəlb olunmalıdır. Bu gün bizlər “Tərtər işi” ətrafında istintaq aparıldığını görürük. Yuxarı hərbi rəhbərliyin əmrlərini icra edən hərbçilər həbsə alınıb, məhkəmə qarşısına çıxarılıb. Məhkəmə qarşısına çıxarılan komandirlər açıq-aşkar deyirlər ki, yuxarı rəhbərliyin əmrlərini icra ediblər. Onlara deyilə bilər ki, qanunsuz əmrləri icra etməyə bilərdiz. Amma məsələnin bu tərəfi də var ki, əmr verilən anda hərbçilər əmrin qanuni və ya qanunsuz olmasını aydınlaşdıra bilmirlər. Yəni bunun üçün hər kəsin hüquqi biliyi, savadı yoxdur axı. Baxırlar ki, Hikmət Həsənov, Nəcməddin Sadıkov ortalıqda gəzir, əmrlər verirlər. Düşünürlər ki, hərbi rəhbərlik deyirsə, icra olunmalıdır. Məhkəmədə də hərbi hissə komandiri bu məsələni açıq-aşkar dedi. Qaldı həmin ifadəni əsas götürüb Hikmət Həsənovu, Nəcməddin Sadıkovu şahid qismində məhkəməyə dəvət edib dindirmək. Bundan sonra həmin şəxslərlə bağlı hüquqi addımlar atılmalsdır. Bu gün zərərçəkənlərlə təqsirləndirilənlər arasında elə də ciddi fərq yoxdur. Hər iki tərəf qurbandır. Təqsirləndirilənlər əmrləri icra ediblər. Əmr verənlər isə kənarda qalıb. İstintaqın bu şəkildə aparılması ədalətli məhkəmə araşdırmalarının qarşısını alır. Hazırkı durumda məhkəmə ittihamdan kənara çıxa bilmir”.

Hüquqşünas deyir ki, iş üzrə hərtərəfli istintaq aparılması üçün Azərbaycan hərbi rəhbərliyi vəzifədən uzaqlaşdırılmalıdır: “Adamlar Tərtərdə işgəncələrə rəhbərlik ediblər. Bununla belə, vəzifədə oturublar. Bu halda istintaqın aparılması mümkünsüz şəkil alır. Vəzifələrindən sui-istifadə edib istintaqa təzyiq etmə imkanları olduqca böyükdür. “Tərtər işi” ümumilikdə Azərbaycan Ordusuna qarşı hazırlanan xain plan olub. Bu planı gerçəkləşdirənlər, qanunsuz əmrlər verib döyüşən oğulları məhv edənlər mütləq cəzalarına çatırılmalıdır”.

Həmçinin oxuyun

Nəcməddin Sadıkov bu dəfə məhkəməyə gətirilə bilər

Hüquqşünas bildirib ki, həbsdəkilərin generalla bağlı səsləndirdiyi ittihamlar mütləq araşdırılmalıdır  Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş …