Şənbə , May 21 2022
Ana səhifə / Kriminal / Tərtər işi: “Vətən xaini deyib ərimin qəbrinə nəcis tökürdülər” – VİDEO

Tərtər işi: “Vətən xaini deyib ərimin qəbrinə nəcis tökürdülər” – VİDEO

“Vətən xaini deyib, ərimi qəbiristanlıqdan kənarda basdırdılar, üzərinə nəcis tökdülər”.

Bu sözləri 2017-ci ilin mayında “Tərtər işi”nə görə saxlanılan və bir neçə gün sonra ölüm xəbəri gələn Səxavət Binnətovun həyat yoldaşı Xavər Haqverdiyeva deyib.

Mərhumun həyat yoldaşı bildirib ki, 34 yaşlı S. Binnətov mayın 8-də həbs edilib.
Mayın 16-da işgəncələr nəticəsində öldürüldüyü məlum olub. Yaxınlarına və Cəmilli camaatına onun vətən xaini olduğu deyilib. Buna görə də o Cəmilli qəbiristanlığından kənarda dəfn edilib:

“11 ay sonra evimizə göndərilən sənəddə qeyd edilib ki, onun vətənə xainlik etməsi müəyyənləşməyib.

Vətən xaini deyib, ərimin qəbrinə nəcis tökürdülər. Qızlarıma deyirdilər ki, əgər sənin atan erməniyə işləməyibsə, onda niyə qəbiristanlıqdan kənarda basdırılıb”.

Həmçinin oxuyun

“Bəzi məktəblərdə narkotik biznesi məsələləri var…”

Son vaxtlar məktəblərdə şagirdlərin bir-birini bıçaqlaması, xəsarət yetirməsi kimi hallarla rastlaşırıq. Son olaraq Xəzər rayon …