Şənbə , Avqust 13 2022
Ana səhifə / Kriminal / “Tərtər işi” üzrə yeni istintaq qrupunun yaradıldığı bildirilir

“Tərtər işi” üzrə yeni istintaq qrupunun yaradıldığı bildirilir

Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupunun yaradıldığı bildirilir. Bu haqda “Qafqazinfo” xəbər yayıb, hələlik Baş prokurorluq məlumatı şərh etməyib.

Bildirilir ki, istintaq qrupuna digər hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib. 

“Tərtər işi” dedikdə 2017-ci ilin may-iyul aylarında Tərtərdə çoxsaylı hərbi qulluqçunun vətənə xəyanət şübhəsi ilə Çaylı qəsəbəsi ərazisindəki köhnə hərbi hissənin binasında, Tərtər hərbi prokurorluğunda və Mingəçevirdə yerləşən köhnə hərbi hissənin binasında kütləvi şəkildə, xüsusi qəddarlıqla işgəncələrə məruz qoyulması, azı 11 hərbi qulluqçunun işgəncələrlə öldürülməsi nəzərdə tutulur. Həmin işgəncələrdən keçirilən çoxsaylı zərərçəkənlərin ifadələri aylardır YouTube kanallarında yayılır, müzakirə olunur. “Tərtər işi” üzrə zərərçəkənlərin sayının 1800-ə yaxın olduğu bildirilir.

Hərbi Prokuror Xanlar Vəliyevin bu günlərdə jurnalistlərə verdiyi açıqlamaya görə, işgəncə faktı ilə 16 nəfər müxtəlif vəzifəli şəxs məsuliyyətə cəlb edilib.

Lakin həmin şəxslər yüngül cəzalar alıblar və bir çoxu artıq azadlıqdadır. Bu işgəncələr zamanı öldürülən və işgəncələrə dözməyərək törətmədikləri əməlləri boyunlarına almağa məcbur olub həbsə göndərilən hərbçilərin yaxınları illərdir müxtəlif dövlət orqanları qarşısında etirazlara toplaşırdı…

Həmçinin oxuyun

“Quska“ Prezidentə xahişlə müraciət etdi

Həbsdə olan sabiq deputat, iş adamı Hüseyn Abdullayev (Quska) prezident İlham Əliyevə onun “əsassız cinayət …