Ana səhifə / Kriminal / “Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin məhkəməsi başlayır

“Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin məhkəməsi başlayır

“Tərtər işi” ilə bağlı ittiham olunaraq təqsirləndirilən 11 nəfərin işi yenidən araşdırılmağa başlayır.

APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə hazırlıq iclası bu günə təyin olunub.

Gəncə Hərbi Məhkəməsində keçiriləcək bugünkü iclasda ilkin dinləmələrin keçiriləcəyi, işin baxışa təyin olunacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 19 nəfərin hər biri barəsindəki hökmlər ləğv olunub. Onlardan 12 nəfərin işi Gəncə Hərbi Məhkəməsinə, 7 nəfərin işi Tərtər Hərbi Məhkəməsinə qaytarılıb.

12 nəfərə daxil olan məhkum Emil Əliyevin işi ayrıca araşdırılacaq.

Həmçinin oxuyun

Feyziyevdən sonra daha bir oliqarx ifşa edildi – London məhkəməsində iş açıldı

Londonda çirkli pulların yuyulması ilə bağlı irimiqyaslı beynəlxalq əməliyyatla əlaqədardaha bir azərbaycanlı milyonçunun məhkəməsi başlayıb.Britaniya …