Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Kriminal / “Tərtər işi” ilə bağlı generala və digərlərinə hökm oxundu

“Tərtər işi” ilə bağlı generala və digərlərinə hökm oxundu

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi başa çatıb.
Bu gün Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Ziya Kazımov son söz deyib.
Ziya Kazımov da digər təqsirləndirilən şəxslər kimi özünü təqsirli bilmədiyini bildirib.
Daha sonra məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Ülvi Rəşidov 9 il 6 ay, Ziya Kazımov 8 il 6 ay, İntiqam Məmmədov və Rahib Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. İstintaq dövründə azadlıqda olan Ülvi Rəşidov və Ziya Kazımov məhkəmə zalında həbs olunublar.
Xatırladaq ki, prokuror Bəkir Orucovun və Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Ötən prosesdə general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ülvi Rəşidov son söz deyərək özlərini təqsirli bilmədiklərini açıqlayıblar.
Ev dustaqlığında olan Ziya Kazımov da ötən prosesdə qəbul olunan qərara əsasən, müalicə olunduğu tibb mərkəzindən məhkəməyə gətirilib. Məhkəmə ona səhhəti ilə bağlı son söz demək üçün vaxt vermişdi.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
B.Orucov və R.Məmmədov barəsində həbs, Ziya Kazımov və Ülvi Rəşidov barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib. APA

Həmçinin oxuyun

Kamil Zeynallıya görə jurnalist Məhəmmədəli Qəriblini evindən oğurladacağını deyən bu adamdır-Foto

Kamil Zeynallı açıqlama verib ki, onun adından məni hədələyən adamı tanımır. Sonra deyib ki, guya, …