Şənbə , İyun 3 2023
Ana səhifə / Kriminal / “Tərtər işi” ilə bağlı daha 4 hərbçi hakim qarşısına çıxarılır

“Tərtər işi” ilə bağlı daha 4 hərbçi hakim qarşısına çıxarılır

“Tərtər işi” üzrə daha 4 hərbçi hakim qarşısına çıxarılır.
Bu barədə “e-məhkəmə” portalında məlumat yerləşdirilib.
185 nəfərin zərərçəkmiş qismində tanındığı cinayət işi üzrə Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyev təqsirləndirilən şəxs kimi hakim qarşısına çıxarılacaq.
İş Bakı Hərbi Məhkəməsinin icraatına daxil olub. Prosesə hakim Camal Ramazanov sədrlik edəcək.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

İlkin Süleymanov son söz dedi: “Polisə məlumat verəndə ağlıma gəlməzdi ki…”

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsində son söz deyib. “Mən yanan meyiti görüb bu barədə polisə …