Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Kriminal / Tərəvəz üstündə azərbaycanlı həmyerlisini öldürdü – Rusiyada

Tərəvəz üstündə azərbaycanlı həmyerlisini öldürdü – Rusiyada

Rusiyada azərbaycanlı həmyerlisini bıçaqlayaraq öldürüb.

Unikal.org xəbər verir ki, hadisə ötən gün Taqanroq şəhərində baş verib.

Avtovağzal yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğul olan iki azərbaycanlı arasında münaqişə başlayıb. Daha sonra tərəflərdən biri digərinin əlinə bıçaqla xəsarət yetirib. Ardınca zərərçəkmiş şəxsin qardaşı bıçağı götürərək onu öldürüb. Qətli törədən şəxs polisə təslim olub.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başladılıb.

Həmçinin oxuyun

Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu

Nəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədova arasında 6 ildir …