Bazar ertəsi , Oktyabr 25 2021
Ana səhifə / Kriminal / Təqaüddə olan 72 yaşlı polis seriyalı qatil çıxdı: 12 qətl, 51 zorlama və 120 soyğun

Təqaüddə olan 72 yaşlı polis seriyalı qatil çıxdı: 12 qətl, 51 zorlama və 120 soyğun

ABŞ-ın Kaliforniya ştatında təqaüdə çıxmış 72 yaşlı polis Cozef Ceyms Dianqelo seriyalı qatil şübhəsi ilə həbs edilib.

Sabiq polis 1976-1986-cı illərdə 12 nəfərin qətli, 51 zorlama faktı və 120 soyğunda ittiham edilir. Cozefin DNK-sı bəzi cinayətlərdəki izlərlə üst-üstə düşür. Bu cinayətləri törətmiş şəxs “Golden State qatili” adını alıb, Federal Tədqiqatlar Bürosu həmin insanın tapılmasına kömək edənə 2 il əvvəl 50 min dollar mükafat vəd edib.

Dianqelo 1979-cu ildə mağazalardan oğurluq ittihamına görə işdən çıxarılıb. Qızı və nəvəsi ilə yaşayan Cozef Ceymsin pul, ziynət əşyaları oğurladığı, 12-41 yaşlı qız uşaqları və qadınları öldürdüyü iddia edilir.

Əgər ittihamlar sübut edilsə, Cozef Ceyms Dianqelo edam edilə bilər. (Qaynarinfo)

Həmçinin oxuyun

Narkotik yuvasına çevrilən tikilidə əməliyyat – 3 nəfər tutuldu

Daxili İşlər Nazirliyi bir neçə gün öncə vətəndaşların saytımıza müraciəti əsasında yayımladığımız və narkotik satıcılarının …