Ana səhifə / Kriminal / Təhsil naziri: “Müəllimlərin maaşı 2 dəfə artırılıb”

Təhsil naziri: “Müəllimlərin maaşı 2 dəfə artırılıb”

“Azərbaycan müəllimlərinin 95 faizi diaqnostik qiymətləndirilmədə iştirak edib. Bu qiymətləndirmə əsasında müəllimlərin maaşı 2 dəfə artırılıb”.

“Report”un xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda keçirilən iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

Təhsil naziri bildirib ki, Prezident İlham Əliyev 2013-cü ildə təhsil sahəsində Milli strategiyanı təsdiq edib: “Bu ilk strategiya olub. Burada aydın şəkildə təhsil sahəsində inkişaf məqsədləri müəyyən edilib. Son 4 il ərzində Azərbaycanda orta məktəb şagirdləri daha yaxşı akademik fəaliyyət həyata keçiriblər. Bu sahədə 17 faiz artım müşahidə edilib. Universitetlərə qəbul qiymətləndirilməsində nəticələrin daha yüksək olması qeydə alınıb.

Məktəbəqədər təhsil siteminə çıxış asanlaşdırılıb. Bu çox vacibdir və xalqın uzunmüddətli inkişafına təsir edir. Bizim qənaətbəxş məktəbəqədər təhsil sistemimiz yox idi. Məsələni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrdə qaçqın və məcburi köçkünlərin məskunlaşmasıdır.

Məktəbəqədər təhsil müəssisələrinə uşaqları gətirmə faizi 18 faiz idi. Biz daha sonra kapital genişlənməsi həyata keçirdik. 3 il ərzində 18 faiz 55 faizə qalxdı”.

M.Cabbarov qeyd edib ki, təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub: “Xarici diplomların tanınması, elektron qaydada məktəbə yazılmaq və sair bu xidmətlərə aiddir”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın