Ana səhifə / Kriminal / Təhsil İdarəsinin vəzifəli şəxsi barəsində cinayət işi başlandı

Təhsil İdarəsinin vəzifəli şəxsi barəsində cinayət işi başlandı

Qarabağ Regional Təhsil idarəsinin mühasibi Böyükkişi Abbasovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Böyükkişi Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə)  maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Həmçinin oxuyun

İlkin Süleymanov son söz dedi: “Polisə məlumat verəndə ağlıma gəlməzdi ki…”

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsində son söz deyib. “Mən yanan meyiti görüb bu barədə polisə …