Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / Təcili yardım maşını iki məktəbli qızı vurdu – Bakıda

Təcili yardım maşını iki məktəbli qızı vurdu – Bakıda

Bakının Nəsimi rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azinforum.az “Report”a istinadən xəbər verir ki, Rəşid Behbudov küçəsində yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Eyvazova Nazlı və həmyaşıdı Osmanova Aliyəni təcili yardım xidmətinə məxsus “Mercedes” markalı avtomobil vurub.
Xəsarət alan hər iki uşaq xəstəxanaya yerləşdirilib.
Hər iki uşaq hadisə vaxtı yaxınlıqdakı məktəbdən çıxaraq evə gedirlərmiş.
Faktla bağlı araşdırmalara başlanılıb.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …