Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / “Şüşəsalana dedim ki, mənim adımdan Lənkəranskidən xahiş et…” – Polkovnikin gündəliyindən…

“Şüşəsalana dedim ki, mənim adımdan Lənkəranskidən xahiş et…” – Polkovnikin gündəliyindən…

Tanınmış avtoritet Rövşən Lənkəranski ilə bağlı yazılarımız oxucularımızın marağına səbəb olduğundan, biz silsilə yazılarımıza davam edirik. Rövşən təkcə kriminal avtoritet yox, həm də öz elinə-obasına, həmvətənlərinə mərhəmət göstərən bir insan idi. O, təkcə öz millətindən olan insanlara yox, dinindən, millətindən asılı olmayaraq ondan kömək uman hər kəsə kömək əlini uzadırdı. 
 
Moderator.az bu dəfə sizə Rövşən tərəfindən rus polkovnikin ailəsinin xilas edilməsi ilə bağlı maraqlı bir faktı təqdim edəcək. Rus polkovniki P.S.Popov öz gündəlyində yazır:
“Rusiya Federasiyasının ərazisinin demək olar ki, yetmiş faizi dini, irqi, dili, adət-ənənələri tamam fərqli olan kriminal qrup və ya dəstələrin nəzarətindədir. Mən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskini şəxsən tanıyırdım. Moskvada 2004-cü ilin payızında mənim həyat yoldaşım Katerina Borisovna nəvəmlə bir yerdə girov götürülmüşdü. İşdə hamı bir-birinə dəymişdi. Nə baş verdiyini məndən gizlədirdilər. Sonra mənə lap yavaşdan dedilər ki, çox ciddi bir hadisə baş verib. Həyat yoldaşın və nəvən Düşənbə narkobaronları tərəfindən girov götürülüb. Bir anlığa hər şeyi itirimiş oldum.
Kimdən imdad diləyim bilmirdim. Amma bir gün hər şey dəyişib, yoluna qoyuldu. İdarəmizin şüşəsalanı mənə xatırlatdı ki, o azərbaycanlı kriminal Rövşən Lənkəranskini çox yaxşı tanıyır. Dünyanın işini bilmək olmur. Adi bir şüşəsalan məşhur oğrunun tutulmasında iştirak etdi. Mənim ailə üzvlərim girov idi. Açığını deyim ki, hüquq-mühafizə orqanlarında, dostlarım arasında bir nəfər olmadı ki, irəli çıxsın, danışıqlar aparsın.
Terrorçuların tələbi başqa idi. Onlar maşın, külli miqdarda pul və hələlik istintaq altında yatan kriminal narko qrupun azvlərinin azad edilməsi tələbi ilə çıxış edirdilər. Şüşəsalandan xahiş etdim ki, Rövşən Lənkəranskidən mənim adımdan xahiş etsin. Şüşəsalan telefona əl yetirdi. O, mənim adımı, soy adımı, iş yerimi dedi. Axşama mənim arvadım və nəvəm girovluqdan azad olundu. Onlar sağ və salamat idilər”.
Mənbə: Rövşən Noruzoğlunun “Kriminal dünyanın tacı” kitabı.

 

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …