Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Suraxanıda körpə meyiti aşkarlandı

Suraxanıda körpə meyiti aşkarlandı

Suraxanı rayonu, 3-cü mədən küçəsində körpə cəsədi aşkarlanıb. Hadisə ötən bazar günü, noyabrın 19-da baş verib. Bu barədə virtualaz.org-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlərdən biri səhər pəncərəsindən baxarkən körpə meyiti görüb. Bundan sonra Suraxanı rayonu 31-ci polis bölməsinə və təcili tibbi yardıma məlumat verilib. Körpənin cəsədi müayinə edilib, sakinlərə onun 6 ay 15 günlük olduğu bildirilib. “Dedilər ki, yarımçıq doğulmuş uşaqdır. Hazırda polis tərəfindən araşdırma aparılır”, – sakinlər söyləyib.

Suraxanı rayonu 31-ci polis bölməsindən baş vermiş hadisə barədə məlumat vermək istəməyiblər. Suraxanı rayon prokurorluğundan isə xəbəri təsdiqləyiblər: “Körpə cəsədi tapılıb və hazırda faktla bağlı araşdırma gedir. Uşaq yarımçıq doğulub. Onun kim və ya kimlər tərəfindən atıldığı araşdırılır”.

Uşağın ölü doğulandan sonra küçəyə atıldığı ehtimal edilir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …