Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Kriminal / Suraxanı məhkəməsində çəkişmə: valideyin “SABIS SUN” məktəbinə qarşı

Suraxanı məhkəməsində çəkişmə: valideyin “SABIS SUN” məktəbinə qarşı

Bir neçə gün əvvəl, oktyabrın 13-də Suraxanı rayon məhkəməsində hakim Anar Qasımovun sədrliyi ilə “SABIS SUN” özəl məktəbinə qarşı qaldırılmış iddiaya baxılıb. İddiaçı qismində övladı həmin məktəbdə oxuyan valideyin Eldar Dadaşov çıxış edir. Xatırladaq ki, “SABIS SUN” məktəbi “Azərsun Holding”in tərkibinə daxildir.

İddia ərizəsinə əsasən məktəb istehlakçıların hüquqlarına, dövlət dilinə və uşaqların hüquqlarının müdafiəsinə  dair qanunvericiliyin bir neçə bəndini pozub. Valideyin bildirir ki, həmin məktəblə bağlı valideyinlərin çoxu şikayətçidir, amma onlardan heç də hamısı məhkəməyə müraciət etmək istəmir, çəkinirlər.

Məktəbə qarşı iddia qaldırmağa cəsarət edən Eldar Dadaşov bir neçə il ABŞ-da yaşayıb, Florida ştatında notarius işləyib və peşəkar hüquqşünasdır. Hazırda o, Azərbaycanda yaşayır, sahibkarlıqla məşğuldur və iri şirkətlərdən birinin rəhbəridir.

O, iddiasında göstərir ki, təhsil müəssisəsi valideyinlərə qrammatik səhvlərlə dolu müqavilə mətni təqdim edir, üstəlik həmin səhvləri düzəltmək istəmir. Məktəb ancaq beş ay sonra dövlət dili haqqında qanunu pozduğunu dərk edib və səhvləri düzəltməyə razılaşıb. Və bu məqam məhkəmədə təəcüb yaradıb.

Bundan əlavə, illik təhsil haqqı 12 min manat olan bu məktəb təqdim etdiyi xidmətlərin və tədris olunan fənlərin siyahısını müqavilədə əks etdirməyib. Bu isə Eldar Dadaşovun bildirdiyi kimi, istehlakçıların hüquqlarının pozulmasıdır. İqtisadiyyat Nazirliyi yanında istehlakçıların hüquqlarının qorunmasına nəzarət və antiinhisar Dövlət Xidməti iş üzrə səlahiyyətli şəxs qismində çıxış edərək  iddiaçının bu tələbini tamamilə haqlı sayıb.

Məhkəmənin gedişində iddia ərizəsində göstərilmiş bu qanun pozuntuları ilə yanaşı məktəbin direktoru Bahadur Yeltekinin özbaşınalığı, dövlət dilinə  hörmətsizlik etməsi, azyaşlı uşaq və valideyinlərlə nalayiq davranışları da üzə çıxıb.

Bahadır Yeltekin

İddiaçının bildirdiyinə görə direktor özünün şəxsi prinsiplərinə görə (başqa səbəb tapmaq çətindir) ödənişli təsil xidmətlərinin göstərilməsi ilə bağlı müqaviləyə zidd  şəkildə, şağird və valideyinin hüquqlarını məhdudlaşdırmaq məqsədi ilə təyziqlər göstərib,  qanunsuz göstərişlər verib. Bu haqda  sübutlar məhkəməyə təqdim olunub və Bahadır Yeltekinin barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi ilə artıq məhkəmə məşğuldur. Belə ki, 2-ci sinif şagirdinin faktiki olaraq dərslərdən qanunsuz kənarlaşdırılması, valideyinin uşağın təhsil almaq hüququnun məhdudlaşdırılacağı (yəni məktəbdən xaric olunacağı)  ilə hədələnməsi, ona  müqavilənin imzalanması üçün təziq göstərilməsi müəyyən edilib.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasında təqdim olunan sübutlara və tərəflərin çıxışları əsaslanaraq  bildirib ki, məktəb direktoru Bahadır Yeltekinin qanunsuz göstərişləri əsasında şagirdin tədris ilinin ortasında  məktəbdən kənarlaşdırması uşaqların təhsil almaq hüququnun pozulması  kimi təsbit olunur.

Lakin direktor Bahadır Yeltekin həm də istehlakçılarında hüquqlarını pozur. Belə ki, istehlakçının (valideyinin) xahişi və qanunun tələbi ilə məktəbin təqdim etdiyi xidmətlərə dair müvafiq bəndlər müqaviləyə əlavə olunmayıb. Bunu  məhkəmədəki çıxışında üçüncü şəxs qismində cəlb olunan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Dövlət Nəzarəti Xidmətinin nümayəndəsi də təsdiqləyib.

Suraxanı rayon məhkəməsi

Qanuna əsasən istənilən xidmət alarkən (indiki halda valideyin ödənişli təhsil xidmətlərini məktəbdən alır) sifarişçi müqavilədə ödədiyi məbləğin müqabilində göstəriləcək xidmətlərin açıqlamasını, həcmini və bütün zəruri məlumatların  əks olunmasını  tələb etmək hüququ vardır.

 Bu məhkəmə çəkişməsi ilə bağlı Azad İstehlakçılar Birliyi də öz mövqeyini bildirib. Sitat: “Azad İstehlakçılar Birliyi olaraq, “SABIS Sun Beynəlxalq Məktəbi” -nin direktoru Bahadir Yeltekenin hərəkətlərini qəti şəkildə qınayırıq, onun verdiyi qərar və tapşırıqlarını qanunsuz hesab edirik. Xarici vətəndaşın Azərbaycanda məhşur təhsil ocağına rəhbərlik etməsinə şərait yaradılırsa, Azərbaycan qanunvericiliyinə, Azərbaycan vətəndaşına və onun hüquqlarına, Dövlət dilinə hörmət etməyə borcludur.

İndiki halda Bahadır Yeltekinin hərəkətləri “Azərsun Holding”in prezidenti Abdolbori Gozalın şirkətin internet saytında yerləşdirilmiş bu devizinə də ziddir: “Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir.

İddiaçı sual edir: bəs cənab Gozaılın onun şirkətinə aid olan  məktəbin direktorunun fəaliyyətinin bu hədəflərə uyğun gəlmədiyindən xəbəri varmı?

İş üzrə növbəti məhkəmə iclası oktyabrın 21-nə təyin olunub.

Həmçinin oxuyun

Ramiz Mehdiyev və Hacıbala Abutalıbov da dindirilsin – MƏHKƏMƏ

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam …