Bazar , Avqust 18 2019
Ana səhifə / Kriminal / “Süni qiymət artımının qarşısı alınmalıdır” – DEPUTAT

“Süni qiymət artımının qarşısı alınmalıdır” – DEPUTAT

Azərbaycanda daxili istehsal bazarınının qorunması üçün ilk növbədə süni qiymət artımının qarşısı alınmalıdır.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Hüseynov bildirib ki, daxili bazarın qorunması üçün daxili potensialdan və xammaldan maksimal şəkildə istifadə etmək lazımdır: “Bunun üçün isə yerli xammalı satışa deyil, istehsalata yönəltmək lazımdır. Yerli xammalla əmtəələrin istehsalı təmin olunmalıdır. Prezident İlham Əliyevin iqtisadi strategiyasının ən başlıça məqsədi ölkə iqtisadiyyatının şaxələndirilməsi və iqtisadiyyatın neft amilindən asılılığının tamamilə aradan qaldırılmasıdır. Bunun üçün isə kənd təsərrüfatı, sənaye, turizm sahəsi inkişaf etdirilməlidir. Eyni zamanda, ölkənin ixrac potensialının daha da gücləndirilməsi, idxaldan asılılığının azaldılması, rəqabətqabiliyyətli malların istehsal olunması da vacib amil olmalıdır”.

A.Hüseynov vurğulayıb ki, ölkənin ərzaqla təminatı 100 faiz daxili bazar hesabına olunmalıdır.

Azərbaycanda çox böyük sənaye komplekslərinin yaradılmasının əhəmiyyətindən danışan deputat qeyd edib ki, ölkəyə xarici valyutanın gətirilməsi üçün rəqabətqabiliyyətli ixrac məhsullarının istehsalının artırılması ən mühüm addımlardan biri olmalıdır.

Trend.az

Həmçinin oxuyun

Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ rayon sakini, qəsdən adam öldürməkdə ittiham olunan 27 yaşlı Elnur …

Bir cavab yazın