Çərşənbə , İyun 19 2019
Ana səhifə / Kriminal / Sumqayıtda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub

Sumqayıtda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub

Sumqayıt rayonunda yanğın hadisəsi baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərdə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd məişət avadanlığı yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə qarsalanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Yol polisi saxladı, BNA cərimə yazdı – Bakıda kuryoz hadisə + FOTO

Bakıda vətəndaşın başına kuryoz hadisə gəlib. Bakupost.az-ın məlumatına görə, Fərhad Həmidov adlı vətəndaş yolda hərəkət …