Ana səhifə / Kriminal / Sumqayıtda silahlı insident – Bir nəfər güllələndi

Sumqayıtda silahlı insident – Bir nəfər güllələndi

Sumqayıt şəhərində ölümlə nəticələnən silahlı insidet baş verib.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, şəhər ərazisində təqribən 40-45 yaşlı kişi açılan atəş nəticəsində dünyasını dəyişib.

Qətli törədən şəxs hadisə yerindən qaçmağa nai olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Hadisəni törədən şəxsin yerinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …