Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Kriminal / Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqlayıb

Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqlayıb

Sumqayıt şəhərində oğlu ilə mübahisə edən 46 yaşlı qadın özünü bıçaqlayaraq intihara cəhd edib.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Qurd dərəsi bağlar massivində baş verib.

Belə ki, həmin ünvanda yaşayan 1972-ci il təvəllüdlü Rəhilə Qurbanova özünə bıçaqla çoxsaylı xəsarətlər yetirərək intihara cəhd edib. Rəhilə Qurbanova ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Yaralı qadın oğlundan şikayətçi olduğunu və ona görə intihara cəhd etdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda film kimi cinayət: Kişini döyəndən sonra arvadına zəng edib…

Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində Abşeron Rayon Polis İdarəsinə müraciət …