Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Sumqayıtda məşhur restoranda qadın kloun niyə öldü? – Təfərrüat

Sumqayıtda məşhur restoranda qadın kloun niyə öldü? – Təfərrüat

Oktyabrın 2-də axşam saatlarında Sumqayıtda məzhəkəçilik (kloun) edən qadının ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Corat qəsəbəsi, bağlar massivi istiqamətindəki Sahil küçəsində – dəniz kənarında yerləşən məşhur restoranlardan birində baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızı restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Ekspertiza zamanı onun içkili olduğu məlum olub.
İlkin araşdırma zamanı məlum olub ki, restorandakı məclisdə qonaqları əyləndirən qadın məzhəkəçi masalara yaxınlaşaraq insanları əyləndirərkən onlarla bir neçə dəfə spirtli içki qəbul edib. Bir qədər sonra isə, o, uşaqları oynadarkən qəfil yıxılıb. Təcili tibbi yardım çağırılsa da, M.Məmmədovanın öldüyü məlum olub.
M.Məmmədovanın yaxınları bildirib ki, o, ürək xəstəliyindən əziyyət çəkirmiş və ürək tutmasından vəəfat edib.
Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …