Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Sumqayıtda kütləvi dava baş verib – 2 nəfər yaralanıb

Sumqayıtda kütləvi dava baş verib – 2 nəfər yaralanıb

Sumqayıt şəhərində qonşular arasında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb. Hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, həmin qəsəbədə qonşular arasında mübahisə düşüb. Sonradan bu mübahisə əlbəyaxa davaya çevrilib.

Nəticədə, 1997-ci il təvəllüdlü Emin Elmanoğlu Ömər və 2000-ci il təvəllüdlü İbrahim Xöşbəxt oğlu Cəfərov, qonşuları Coşqun adlı şəxs tərəfindən bıçaqlanıb. İ.Cəfərov 4, E.Ömər isə 2 ağır bıçaq zərbəsi alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Əməliyyat olunan hər iki gəncin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisəni törədən şəxs artıq saxlanılıb. Davanın hansı səbəbdən baş verməsi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(Report)

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …