Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Sumqayıtda itkin düşmüş gənclərin axtarışına vertolyot cəlb edildi

Sumqayıtda itkin düşmüş gənclərin axtarışına vertolyot cəlb edildi

18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin – 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

*   *   *19:53 (21.04.2018)

Aprelin 18-də Sumqayıt şəhər sakini, 17 yaşlı idmançı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Xəzər bağları tərəfdə məşqə gedib və itkin düşüblər.

Bu barədə vurtualaz.org-a ehtiyatda olan zabit Abuzər Abilov məlumat verib.

Onun sözlərinə görə, Nüsrət ekstremal idman növləri ilə məşğul olub, idmançı kimi müxtəlif yarışlarda iştirak edib, dəfələrlə medal və diplomlar alıb. Bu dəfə də rezin qayıq götürərək, dənizdə məşq edəcəkmiş.

Gənclərin itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Dövlər Sərhəd Xidmətinə məlumat verilib. Amma 3 gün keçməsinə baxmayaraq, gənclərlə bağlı xəbər yoxdur.

Sumqayıt Şəhər Polis İdarəsi hadisə yerinə baxış keçirib.

Mənbə bildirir ki, gənclərin yaxınları yalnız sahildə axtarış aparılmasına etiraz ediblər. Onlar açıq dənizdə də axtarışlara başlanmasını istəyirlər.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …