Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Sumqayıtda ev almaq istəyən kişinin başına oyun açdılar – TƏFƏRRÜAT

Sumqayıtda ev almaq istəyən kişinin başına oyun açdılar – TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1966-cı il təvəllüdlü Azər ipoteka alınması dair yalan vəd verməklə İldırıma qarşı dələduzluq edib. 

Azər ipoteka alması üçün bankdan pul almaqda köməklik edəcəyi adı ilə İldırımı aldadıb. O, bu işi görmək adı ilə ondan 1500 manat alıb. 

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, heç yerdə işləmir və səhhəti ilə bağlı problemləri var: “Elə buna görə də maddi vəziyyətim yaxşı deyil. Akif adlı uzaq qohumum vasitəsilə İldırım adlı şəxslə tanış oldum. Söhbət əsnəsında İldırım yaşadığımız ərazidə satılıq ev olub-olmadığını soruşdu. Ona bir nəfərdə satılıq ev olduğunu dedim və İldırımı yaşadığımıız evin yaxınlığında yerləşən Rövşən adlı şəxsə məxsus evə apardım. Evi İldırıma göstərdim. Rövşən adlı şəxs evi 50.000 manata satdığını bildirdi. Biz aramızda razılaşdıqdan təxminən bir ay sonra İldırım, mən və Rövşən adlı şəxs üçümüz birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində görüşdük. Orada İldırım Rövşənə beh kimi verməyi üçün 500 manat verdi”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 10 gün sonra İldırım evi almaq üçün pul düzəldə bilmədiyini deyib: “İldırıma onun üçün tanış adam vasitəsilə bankla pul ayırda biləcəyimi dedim. Aramızda razılaşdıq və ona ev alması üçün çatışmayan pulu bankdan götürəcəyimi vəd verdim. Ondan bu işin müqabilində 1500 manat  istədim. İldırım mənimlə razılaşdı və ondan həmin 1500 manat pulu hissə-hissə olmaqla Sumqayıt şəhəri ərazisində, sonuncu dəfə isə təxminən 2021-ci ilin aprel ayının sonları “Ocean” şadlıq sarayının yaxınlığında 155 manat aldım. Həmin pulu götürdükdə ona vəd verdim ki, ev almaq üçün çatmayan pulunu bank vasitəsilə onun üçün alacam. Lakin, sonradan həmin pulu şəxsi təlabatlarım, həkim xərclərim üçün xərclədim”. 

Azər deyib ki, zərərçəkmiş şəxs ev almağından ötrü kredit götürməyinə köməklik edəcəyini vəd etsə də, ondan aldığı ümumilikdə 2000 manat puldan 500 manatını Rövşən adlı şəxsə verib 1500 manatını isə özü problemlərinə xərcləyib. 

Cinayət işi üzrə zərərçəkmiş İldırımın sözlərinə görə, yaşadığı mənzil kiçik olduğuna görə uzun müddətdir  özünə ipoteka ilə mənzil almaq istəyir: “Təxminən 2021-ci ilin martında bir neçə tanıdığım şəxslərdən eşitdim ki, Azər adlı maklerin oğlu bankda işləyir  və Azər ipoteka ilə mənzil alınmasına köməklik edə bilir. Buna görə də soraqlaşaraq Azər adlı makleri tapdım. Onunla ilk dəfə təxminən 2021-ci ilin mart ayında Sumqayıt şəhər Yaşıldərə bağlar massivi ərazisində zəngləşərək görüşdük. Ona ipoteka ilə mənzil almaq istədiyimi bildirdim. Azər mənə ipoteka ilə mənzil almaqda köməklik edə biləcəyini dedi”. 

Zərərçəkmiş qeyd edib ki, bundan sonra Azər yaşadığı evin yaxınlığında Rövşən adlı şəxsin ev satdığını deyib: “Birlikdə Rövşən adlı şəxslə görüşdük. Rövşən evini 50.000 manata satdığını dedi. Bundan sonra birlikdə Rövşənin evinə baxdıq və evi bəyəndim. Bundan sonra Rövşən evin alınması üçün beh ödənilməli olduğunu dedi və bununla razılaşdıq. Bir neçə gün sonra 12-ci mikrorayon ərazisində çayxanada görüşdük və mən razılaşdığımız behi Azərin yanında Rövşənə verdim.  Rövşən həmin pulu götürərək vasitəçi kimi Azərə 100 manat verdim. Sonra oradan getdilk. Azərlə razılaşdıq ki, ona evin tapılması üçün deyil, bankdan evin dəyərində pul götürülməsi üçün pul verəcək. Bundan sonra Azər ipoteka ilə ev almaqda mənə köməklik etmək üçün əvvəlcədən sənədlərin düzəldilməsi üçün pul lazım olduğunu dedi. Bundan sonra ardıcıl olaraq Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Okean” şadlıq sarayının yanında 500 manat, sonrakı günlərdə isə ona 1500 manat verdim. 1500 manat pulu məndən aldıqdan sonra bir daha əmin etdi ki, tezliklə bankdan ipoteka ilə ev almaq üçün pul ayrılacaq. Bundan sonra vaxt keçdikcə onunla telefonda danışdıq da, o, hər dəfə müxtəlif bəhanələrlə işin gecikdiyini bildirdi. Bir müddət keçdikdən sonra artıq Azərin məni aldatdığını, heç bir iş görmədiyini başa düşdüm. Ondan pulumu geri qaytarmasını tələb etdim. Azər yenə də pulunu qaytarmamaq üçün müxtəlif bəhanələr dedi. Elə buna görə də onun dələduzluq etməsi ilə bağlı rəsmi müraciət etdim”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Məhkəmə Azərin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Demokrat.az

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …