Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Sumqayıtda DƏHŞƏTLİ ailə faciəsi: 6 nəfər dəm qazından boğularaq öldü – FOTO

Sumqayıtda DƏHŞƏTLİ ailə faciəsi: 6 nəfər dəm qazından boğularaq öldü – FOTO

Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından boğulub.

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində yaşayanlar – 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, bu barədə ilk məlumatı “Qafqazinfo” saytı yayıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …