Ana səhifə / Kriminal / Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı, qoruyucu açar və 6 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …