Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Sumqayıtda 2 uşaq anasını zorlayıb öldürən idmançıya 20 il cəza istənildi

Sumqayıtda 2 uşaq anasını zorlayıb öldürən idmançıya 20 il cəza istənildi

Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında Fəttah Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxs Sevda Bayramovun hüquqi varisi çıxış edərək Fəttah Nuriyevin ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə Fəttah Nuriyevə son sözlə çıxış etmək üçün vaxt verib.

Bildirək ki, F.Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramovanı qətlə yetirib.

Məlumata görə Fəttah Nuriyev mərhumu zorlayıb və boğaraq öldürüb. S.Bayramova ailəli, 2 övlad anası olub.

Fəttah Nuriyev idmanla məşğul olub, Sumqayıtda 10 nömrəli məktəbdə məşq keçirmiş. Sumqayıtda 3-cü mikrorayonda yaşayıb və 1 azyaşlı övladı var.

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, ötən il Fəttah Nuriyev sərxoş vəziyyətdə olarkən Sumqayıtda “Göyərçin” abidəsi tərəfə gedən Sevdanı görüb. O, qadının üzərində qızıl-zinət əşyalarını ələ keçirmək istəyib. Bunun üçün Fəttah qadını gördüyü yerdən təqribən 500 metr məsafə qət edərək cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib. O, havanın qaranlıq və qadının dayandığı ərazinin işıqsız olmasından istifadə edərək, ona hücum edib. Təqsirləndirilən şəxs qadını yerə yıxaraq, ona bir neçə zərbə vurub. Sevdanın səsi çıxmasın deyə, onun ağzından tutaraq sıxıb. Fəttah qadını sürüyərək gül kollarının arasına aparıb. Alışqanı ilə qadının sırğalarının qızıl olmadığını görüb, ona qarşı quldurluq niyyətini sona çatdıra bilməyib.

Fəttah Nuriyev bundan sonra cinayət əməlini davam etdirərək qadınla cinsi əlaqədə olmaq qərarına gəlib.

Daha sonra isə qadının ağzını torpağa sıxıb, onun qarın boşluğuna zərbələr endirərək qəsdən öldürüb. Qadın boğularaq hadisə yerindəcə ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci(zorlama), 1501.1 (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (Zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham verilib.

 

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …