Şənbə , Dekabr 9 2023
Ana səhifə / Kriminal / Sumqayıtda 2 nəfəri öldürən şəxs tutuldu

Sumqayıtda 2 nəfəri öldürən şəxs tutuldu

Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb.
Cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Müşfiq Məmmədovun öldürülən şəxslərlə qonşu olduğu bildirilir.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

Həmçinin oxuyun

Elçin Sadıqov: “Əvəz Zeynallı bu günə qədər pulumu ödəməyib”

“Deyirdi ki, Ramiz Mehdiyevi “mənəvi atası” adlandırır, ona görə oğlunun adını Ramiz qoyub” “Xural TV”nin …