Ana səhifə / Kriminal / Sumqayıt yolunda ağır qəza – Bir ailənin 3 üzvü öldü

Sumqayıt yolunda ağır qəza – Bir ailənin 3 üzvü öldü

Bu gün səhər saatlarında Sumqayıt yolunda ağır qəza baş verib.

Hadisə şahidləri “Qafqazinfo”ya bildirib ki, Sumqayıtdan Qaradağa gedən yolda “KamAZ” markalı yük maşını “VAZ 2106” ilə toqquşub, yük maşını minik maşınının üstündən keçib.

Qəza nəticəsində “06”da olan bir ailənin 3 üzvü ölüb.

Meyitlər Sumqayıt morquna aparılıb, həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

***

“Report”un xəbərinə görə, qəzada bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …