Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Sumqayıt sakini qayınanasını döyüb – FOTO

Sumqayıt sakini qayınanasını döyüb – FOTO

Sumqayıt şəhərində qayınana kürəkəni tərəfindən döyülüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayonda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Əntiqə Nurbala qızı Orucova kürəkəni, şəhər sakini, 1975- ci il təvəllüdlü Elşən Çərkəz oğlu Babayev tərəfindən döyülüb.

57 yaşlı qadın ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …