Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Spirtli içkilərin kartla satılması məcburi xarakter daşıya bilməz”

“Spirtli içkilərin kartla satılması məcburi xarakter daşıya bilməz”

“Alkoqollu içkilərin kartla satılmasını əvvəlcə pilot layihə kimi bir neçə marketdə tətbiq etmək, sonra isə genişləndirib yaymaq olardı. Amma kart məsələsinin bu şəkildə tətbiq edilməsi istehlakçı hüquqlarının pozulmasıdır”.

Bunu Moderator.az-a açıqlamasında iqtisadçı ekspert Qadir İbrahimli bildirib.

Qadir İbrahimli deyib ki, spirtli içkilərin kartla satılması məcburi xarakter daşıya bilməz: “Bakı kəndlərindən kənarda və yaxud dağ kəndlərində yaşayan insanlar var ki, onlar bank xidmətindən kənardadırlar. Təəssüf ki, bu cür məqamlar nəzərə alınmayıb. Ümumiyyətlə bu addım yarımçıq, işlək olmayan bir qərardır”.

İqtisadçı ekspert deyir ki, qərarın tətbiqinə bayram günlərində başlanması manatın devalvasiyasından ciddi zərər görmüş ticarət şəbəkələrinə növbəti zərbəni vurub.

Qadir İbrahimlinin sözlərinə görə, dövriyyəsi həddindən artıq olan xırda mağazalardan belə spirtli içkilərin yığışdırılması qorxu ilə bağlıdır: “Ticarət şəbəkələri çəkinir ki, vergi qurumları və yaxud başqa dövlət qurumları onları cərimləyə, qeyri-rəsmi ödənişlərə cəlb edə bilər. Buna görə də alkoqollu içkilərin satışından könüllü olaraq imtina edirlər. Xof var, Azərbaycan reallıqlarını da hamı gözəl bilir. Mən deməzdim ki. bu qərar ləğv olunmalıdır. Qoy, pilot layihə kimi bəzi ticarət şəbəkələrində tətbiq edilsin. Sonra genişləndirilsin. Qısa müddət ərzində bunu bütün ölkədə ləğv etmək qeyri-realdır”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın