Şənbə , Noyabr 28 2020
Ana səhifə / Kriminal / “Space” TV-nin əməkdaşına hücum edildi, kamerası qırıldı – Polis işə qarışdı (VİDEO)

“Space” TV-nin əməkdaşına hücum edildi, kamerası qırıldı – Polis işə qarışdı (VİDEO)

“Space Tv”-də yayımlanan “Olar? Olmaz!” verilişinin aparıcısına yenə də hücum edilib.

1 may tarixində yayımlanan buraxılış yaşayış binalarının 1 ci mərtəbəsində günü-gündən fəaliyyəti artan kafelərlə bağlı olub.

Minval.İnfo xəbər verir ki, sakinlər televiziyaya müraciət edərək, artıq təngə gəldiklərini və hər gün musiqi və söyüşlərdən bezdiklərini bildiriblər. Daha sonra teleaparıcı binanın aşağı mərtəbələrində fəaliyyət göstərən kafelərə yollanıb.

Görüntülərdən də gördüyünüz kimi kafelərin sahibləri çəkilişin məqsədini bilən kimi hücuma keçirlər. “Qarabağ” kafesinin sahiblərindən sayılan bir nəfər şəxs isə aparıcı və operatora hücum edir və kameraya zədə yetirir. Ardınca əraziyə polis əməkdaşları və tədqiqatçılar gəlir. Verilişin (2 may saat 19:55 də) ardı yayımlanacaq…

Qeyd edək ki, bununla artıq 5-ci dəfədir ki Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişinin əməkdaşlarına və aparıcısına qarşı zor tədbiq edilir. Veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də yayımlanır. Verilişin informasiya dəstəkçisi “

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …