Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / “Sovetski”də güclü yanğınla bağlı – FHN-dən AÇIQLAMA

“Sovetski”də güclü yanğınla bağlı – FHN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən gecə “Sovetski”də güclü yanğın olub. Yanğın ikimərtəbəli yaşayış evində başlayıb. Nəticədə yanğın güclü olduğundan yaxınlıqda yerləşən digər evə də keçib. Yanğın nəticəsində evlər kül olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib və yanğın lokallaşdırılıb.
Unikal.org xəbər verir ki, hadisə ilə bağlı FHN məlumat yayıb. Qeyd edilir ki, Bakı şəhərinin Yasamal rayonunda sökülməkdə olan, ümumi sahəsi 300 m² olan 5 yaşayış evinin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …