Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Sovetski” ətrafında qiymət artımı – VİDEO

“Sovetski” ətrafında qiymət artımı – VİDEO

Bu artımın isə 12-15 faiz civarında olacağı proqnozlaşdırılır. Ekspertlərin fikrincə, bu ərazilərdə vip mənzillərə tələbat daha böyükdür.

”Sovetski” kimi tanınan ərazidə aparılan genişmiqyaslı söküntü işləri və ətrafının abadalaşdırılması həmin ərazinin yaxınlığında yerləşən evlərin qiymətini artırıacaq. Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, ərazidəki işlər davam etsə də, indidən ora böyük maraq var.

Ekpertin fikrincə, eyni hal Qış parkı salınarkən də baş verib. Ərazidə infrastrukur yaxşılaşdığından oradakı evlərin və obyektlərin qiyməti də artıb. Eyni halın Sovetski kimi tanınan ərazinin ətrafında da baş verəcəyi proqnozlaşdırılır.

Ekspertlərin sözlərinə görə, indidən bu ərazilərə maraq böyükdür. Gözlənilir ki, bu ərazidə VİP evlərin tikintisi aparılacaq və ödəmə qabiliyyəti yüksək insanlar bu ərazilərdə yerləşəcəklər.

 

 

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın