Ana səhifə / Kriminal / Sosial şəbəkələrdə insanları qadınlar vasitəsi ilə tələyə salan dəstənin işi

Sosial şəbəkələrdə insanları qadınlar vasitəsi ilə tələyə salan dəstənin işi

Bakıda sosial şəbəkələr vasitəsilə quldurluq edən şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Rakif Xəlilov, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə ötən iclasda “Azercell”ə göndərilmiş antek sorğuya cavab gəldiyi elan olunub.

Məhkəmədə həmin sorğunun cavabı elan edilib. Daha sonra vəkil Şahin Rəfiyev vəsatət qaldırıb. O, əlavə şahid qismində Gültəkin Əsgərovanın məhkəmədə ifadə verməsini tələb edib. Hakim bildirib ki, həmin qadın barəsində ayrıca cinayət işi açılıb və o, hazırda həbsdədir.

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Bildirək ki, adı çəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, qadınlarla görüşdürüb və onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.

Vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb.

İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri – Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

Əlavə edək ki, məhkəmənin hazırlıq iclasında isə A.Musayevanın daha əvvəl prosesinə gəlmədiyi əsas götürülərək, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …