Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Kriminal / Sosial şəbəkələrdə qızları fahişəliyə cəlb edən Faizin məhkəməsi- qurbanlarını işə “düzəldirmiş”…

Sosial şəbəkələrdə qızları fahişəliyə cəlb edən Faizin məhkəməsi- qurbanlarını işə “düzəldirmiş”…

Sosial şəbəkələrdə tanış olduğu qızları fahişəliyə cəlb etməkdə və hədə-qorxu gəlməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1987-ci il təvəllüdlü Faiz Bastrakovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Faiz Bastrakov Cinayət Məcəlləsinin 129-cu (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 182.2.4-cü (zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə xeyli miqdarda ziyan vurma), 243.1-ci (fahişəliyə cəlb etmə) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham elan edilir.

İttihamda göstərilir ki, Faiz Bastrakov feysbuk sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək pul tələb edərək qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinib və ötən ilin dekabrın əvvəlində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Müəyyən edilib ki, Faiz Bastrakov guya işə götürən şəxs adından sosial şəbəkədə elan verib, qızlara sərfəli iş və yaxşı maaş təklif edib. Elandakı bütün bu yönəltmələr adi bir tələ yemi olub.

Faiz Bastrakov sadəcə, qızları və qadınları iş haqda “söhbət” adı ilə aldadıb, tora salıb və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışıb.

O, qızlar və qadınların bəzilərini feysbukda, bəzilərini telefonda, bəzilərini isə real həyatda danışdırıb, onlar şantaj edib.

Bundan başqa, Faiz Bastrakov bəzi qadınları güclü ruhi həyəcan təsiri altına düşməklə döyüb, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. (Musavat.com)

Həmçinin oxuyun

Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürülüb

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən müxtəlif cinayətlərə görə axtarışda olan kriminal avtoritet Rəsul MəmmədovRusiyada güllələnərək öldürülüb. “Report” …