Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Sosial mənzillərə qeydiyyat başlayır – QİYMƏTLƏR/ŞƏRTLƏR

Sosial mənzillərə qeydiyyat başlayır – QİYMƏTLƏR/ŞƏRTLƏR

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı dünən elan olunub.
Azinforum.az Xəzərxəbər.az-a istinadən məlumatına görə, sənədlərinin qəbuluna “güzəştli mənzil” elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Vətəndaşlar müraciət etdikdən bir neçə gün sonra mənzilə sahib olmaq hüquqlarının olub-olmamasını öyrənə biləcəklər.
Güzəştli mənzilləri almaq istəyənlər üçün sənədlərin siyahısı müəyyən olunub.Tələb olunan sənədlərin siyahıları ilə www.mida.az saytına daxil olmaq, ana səhifədə müvafiq olaraq “güzəştli mənzili kim ala bilər?” və “tələb olunan sənədlər” keçidləri vasitəsilə tanış olmaq mümkündür.
Sənədlərin qəbuluna sayılı günlər qalıb. Bunun üçün güzəştli mənzil elektron sisteminin əsasnaməsi təsdiq edilməlidir. Vətəndaşlar sosial mənzilləri əldə etmək hüquqlarının olub-olmamasını qısa müddətdə öyrənə biləcəklər.
Vətəndaşların elektron müraciətlərini daha da asanlaşdırmaq üçün bir sıra əlavə tədbirlər görüləcək
Güzəştli mənzil elektron sisteminə edilən müraciətlərə ardıcıllıqla baxılıb cavab veriləcək. Amma mənzil seçimi zamanı hər kəsə bərabar hüquq veriləcək
Elektron müraciətin nə zaman başlanacağı yaxın günlərdə elan ediləcək.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın