Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Sosial evlərin tikintisinə bu ilin sonundan başlanacaq”

“Sosial evlərin tikintisinə bu ilin sonundan başlanacaq”

“Çox yaxın zamanlarda sosial evlər tikilməyə başlanacaq. Bu il ərzində layihənin həyata keçirilməsi istiqamətində əsas addımlar atılacaq. Ola bilsin ki, sosial evlərin tikintisinə bu ilin axırına yaxın başlansın”.
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyd edib ki, sosial evlərin inşası ilə aztəminatlı əhali yaxşı şərtlərlə ev sahibi olmaq imkanı qazanacaq: “Azərbaycanda evə, mənzilə ehtiyacı olan əhali kateqoriyası çoxdur. Azərbaycanda əhali yüksək dinamika ilə artır. Evlənənlər çoxdur, onların mənzillərə ehtiyacı var”.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın