Cümə axşamı , May 23 2024
Ana səhifə / Kriminal / Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci ilin göstəricisindən 18,1% çoxdur.
Baxılan işlərin 70,5%-i idarəçilik qaydaları, 4,5%-i ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, 4,3%-i yol hərəkəti qaydaları, 2,8%-i hərbi xidmət əleyhinə, 2,7%-i faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 2,1%-i mülkiyyət əleyhinə, 1,9%-i sağlamlıq əleyhinə, 11,2%-i isə digər inzibati xətalarla bağlı olub.      
2023-cü ildə baxılan işlərin 44,7%-i üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 45,1%-nin icraatına xitam verilib, 10,2%-i üzrə işlərə dair materiallar əlavə yoxlanış üçün qaytarılıb və ya aidiyyəti üzrə göndərilib.
İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilən şəxslərin sayı əvvəlki illə müqayisədə 2,5% azalaraq 49,5 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilən şəxslərin 40,5%-inə fiziki şəxsə verilən xüsusi hüququn məhdudlaşdırılması, 38,7%-inə inzibati cərimə, 19,1%-inə inzibati həbs, 1,2%-inə ictimai işlər, 0,5%-inə isə digər tənbeh növləri tətbiq edilib.

Həmçinin oxuyun

Nəcməddin Sadıkov bu dəfə məhkəməyə gətirilə bilər

Hüquqşünas bildirib ki, həbsdəkilərin generalla bağlı səsləndirdiyi ittihamlar mütləq araşdırılmalıdır  Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş …