Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Solmazı “BMW”i ilə vurub öldürən təqaüddə olan polisdir

Solmazı “BMW”i ilə vurub öldürən təqaüddə olan polisdir

Xəbər verdiyimiz kimi oktyabrın 9-da Abşeron rayonunda 17 yaşlı qız yolu keçərkən avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Həmin şəxsin yol polisi əməkdaşı olması və qəzanı xidməti maşınla törətməsi barədə məlumat yayılıb.

Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Rüfət Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki,hadisə 9-u səhər saat 07:50 radələrində Bakı-Şamaxı yolunda qeydə alınıb: “Vətəndaş Solmaz Abdullayeva yolu keçərkən 90 DH 530 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobillə vurulub və vəfat edib.

Həmin avtomobili idarə edən Azad Ağayev Daxili İşlər Nazirliyinin sabiq polis əməkdaşıdır və bir müddətdir təqaüddədir. Dövlət qeydiyyat nömrəsindən göründüyü kimi avtomobil xidməti deyil və həmin şəxs təqaüddə olduğu üçün xidmət başında da olmayıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır”.

Məlumata görə, mərhum S.Abdullayeva bu il ali məktəbə qəbul olub və dünən səhər dərsə gedərkən bu hadisə baş verib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …