Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / SOCAR “Petkim”dəki səhmlərinin bir qismini satdı

SOCAR “Petkim”dəki səhmlərinin bir qismini satdı

SOCAR Türkiyə şirkəti “Petkim”də sahib olduğu hissə payından 2,75 %-ni blok satış üsulu ilə xarici investisiya fonduna satıb.

SOCAR-dan bildiriblər ki, bu bir ticarət əməliyyatı olmaqla, bir neçə il bundan əvvəl daha ucuz qiymətə alınmış hissə sənədlərinin – səhmlərin satışı prosesidir. İndi həyata keçirilmiş bu satış hər bir səhm üzrə təxminən 2,5 dəfə artıq dəyərlə satılaraq ciddi bir mənfəət əldə etməyə imkan yaradıb.

Bu satışdan əldə olunan vəsaitin digər investisiya məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır. Bu satış “Petkim”in səhmlərinin nəzarət paketinin miqdarına təsir etmir və SOCAR bundan sonra da “Petkim”i effektiv idarə etməkdə davam edəcəkdir.

Xarici investisiya fondu tərəfindən “Petkim” səhmlərinin alınması bu müəssisənin yüksək iqtisadi cəlbediciliyini göstərir. Trend.az

Həmçinin oxuyun

Vüqar Səfərli ev dustaqlığına buraxılmadı

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) …

Bir cavab yazın