Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / SOCAR istiqrazları bir qədər də bahalaşdı

SOCAR istiqrazları bir qədər də bahalaşdı

Bakı Fond Birjasında (BFB) dövr edən SOCAR istiqrazlarının qiyməti bir qədər də bahalaşıb. Fins.az-ın birjaya istinadən məlumatına görə, hazırda SOCAR isstiqrazlarının market-meykeri olan PSG Capital şirkəti istiqrazları 1001,11 dollara alır. Başqa sözlə, vaxtilə SOCAR istiqrazlarını 1000 dollardan almış şəxslər, hər hansı səbəbdən onu vaxtından əvvəl satmaq istəsələr, azı 1001 dollara sata biləcəklər.

İstiqrazların satış qiyməti də yüksəlib – nominal qiyməti 1000 dollar olan istiqrazları 1016,11 dollardan almaq mümkündür. İstiqrazları bu qiymətə alanlar xərclədikləri pulu ilin sonuna qədər artıqlımasıyla çıxaracaqlar. Belə ki, buraxılışın şərtlərinə görə, hər istiqraz öz sahibinə ildə 50 dollar gəlir gətirəcək.

Qeyd edək ki, SOCAR istiqrazları 100 milyon dollar həcmində, 5 illiyə, illik 5%-lik gəlir şərtilə buraxılıb. İstiqrazlar üzrə faizlər hər 3 aydan bir ödəniləcək. Faizlər üzrə ilk ödəniş yanvarın 17-də həyata keçiriləcək. Amma elə indidən kağızların təkrar bazarının qızışması (alış qiymətinin nominaldan yüksək olması) istiqrazlara tələbatın yüksək olmasından xəbər verir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın